Navalnının xanımı Rusiyanı tərk etdi

navalninin-xanimi-rusiyani-terk-etdi
Oxunma sayı: 2499

Rusiyalı müxalifətçi bloger Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiyanı tərk edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Navalnayanın "Domodedovo" hava limanından Frankfurt--Mayna uçduğu bildirilir.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də "İv Roşe" işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.

23, 31 yanvar və  2 fevralda Rusiyanın müxtəlif şəhərlərində Navalnıya dəstək aksiyaları keçirilib. Yuliya Navalnaya 23 yanvar mitinqində iştirak etdiyi üçün məhkəmə tərəfindən 20 min rubl cərimələnib.