Tver məhkəməsi müxalif siyasətçi Aleksey Navalnıya 30 sutka həbs cəzası verib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, o bu cəzanın yarısını qanunsuz mitinq təşkil etdiyinə, digər yarısını isə polisə tabe olmadığına görə alıb.
Xatırladaq ki, Navalnı mayın 5-də Puşkin meydanında prezident Vladimir Putinin əleyhinə təşkil olunmuş aksiyada həbs edilib. Bir gün sonra o, sərbəst buraxılsa da, mayın 11-də yenidən məhkəməyə aparılıb.
Nuranə
Son xəbərlər
Son Xəbərlər