Naxçıvan Ali Məclisində müşavirə

naxcivan-ali-meclisinde-musavire-
Oxunma sayı: 1027


“Qafqazinfo”nun məlumatına görə, muxtar respublika Ali Məclisi Aparatının rəhbəri, Ali Məclisin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının və Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının sədr müavini Əli Həsənov, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov və Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli müzakirə olunan məsələ ilə bağlı məlumat veriblər.

Ali Məclisin Sədri muxtar respublika əhalisinin həm maarifləndirilməsi, həm də biliklərinin artırılması baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Bilik Fondunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlar verərək deyib: Fond muxtar respublika əhalisinin maarifləndirilməsi məqsədilə tədbirlər təşkil etməli, əhaliyə dolğun biliklər çatdırmalıdır. Həmçinin Naxçıvanşünaslığın mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etməlidir. Xeyriyyə marafonlarının və mədəni-kütləvi tədbirlərin keçirilməsi Bilik Fondunun fəaliyyət istiqamətlərindən olmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birlikdə gənclərlə işin təşkili üçün tədbirlər planı hazırlanmalıdır. Gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməlidir. Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə təhlil və tədqiqatların aparılmasına da xüsusi yer ayırmalı, dövlət siyasətinin mahiyyəti ilə bağlı materialların hazırlanaraq mətbuatda yayılmasını diqqətdə saxlamalı, elmi konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputlar təşkil etməlidir.

Ali Məclisin Sədri yeni yaradılan hər iki qurumun – Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının üzvlərinə qarşıya qoyulmuş vəzifələrin icrasında uğurlar arzulayıb.