Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - Rəsmi

naxcivan-ali-meclisine-secilen-deputatlarin-adlari-aciqlandi
Oxunma sayı: 2837

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası muxtar respublikada Ali Məclisə seçkilər üzrə yaradılmış 45 seçki dairəsi üzrə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyalarından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 17 fevral 2020-ci il tarixdə, dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim ­edib. 

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından "Qafqazinfo"ya daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 2020-ci il 22 fevral tarixli Qərarına əsasən seçkilərin yekunları, bütövlükdə, təsdiq edildiyindən adları aşağıda qeyd olunan deputatlığa namizədlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunublar:

1 saylı Sədərək seçki dairəsi üzrə seçicilərin 2664-nün və ya 72,8 faiz səsini toplamışQasımov Arif Mikayıl oğlu

2 saylı Heydərabad seçki dairəsi üzrə seçicilərin 3143-nün və ya 72,5 faiz səsini toplamış Əliyeva Vüsalə Abazər qızı

3 saylı Maxta seçki dairəsi üzrə seçicilərin 3862-nin və ya 76,3 faiz səsini toplamış Həsənov Nüsrət Firudin oğlu

4 saylı Yengicə seçki dairəsi üzrə seçicilərin 3274-nün və ya 67,2 faiz səsini toplamış Qəribli İsmayıl Cavanşir oğlu

5 saylı Alışar seçki dairəsi üzrə seçicilərin 3039-nun və ya 67,7 faiz səsini toplamış Babayev Əmir Baxşəli oğlu

6 saylı Çərçiboğan seçki dairəsi üzrə seçicilərin 2522-nin və ya 58,7 faiz səsini toplamış İsayev İsa Bünyad oğlu

7 saylı Yuxarı Aralıq seçki dairəsi üzrə seçicilərin 4678-nin və ya 94,6 faiz səsini toplamış Talıbov Vasif Yusif oğlu

8 saylı Düdəngə seçki dairəsi üzrə seçicilərin 3631-nin və ya 76,2 faiz səsini toplamış Vəliyev Musa Məmməd oğlu

9 saylı Mahmudkənd seçki dairəsi üzrə seçicilərin 2938-nin və ya 67,5 faiz səsini toplamış Möhbəliyev Telman Əli oğlu

10 saylı Şərur seçki dairəsi üzrə seçicilərin 3160-nın və ya 91,4 faiz səsini toplamış Zeynalov Azər Yadulla oğlu

11 saylı Həmzəli seçki dairəsi üzrə seçicilərin 3546-nın və ya 85,7 faiz səsini toplamış Məmmədova Yeganə Qurban qızı

12 saylı Yuxarı Daşarx seçki dairəsi üzrə seçicilərin 2425-nin və ya 66,6 faiz səsini toplamış Vəliyeva Günel Fəxrəddin qızı

13 saylı İbadulla seçki dairəsi üzrə seçicilərin 2590-nın və ya 68,5 faiz səsini toplamış Həsənova Turan Vaqif qızı

14 saylı Danyeri seçki dairəsi üzrə seçicilərin 3132-nin və ya 71,9 faiz səsini toplamış Əliyev Asim Yediyar oğlu

15 saylı Qarabağlar seçki dairəsi üzrə seçicilərin 1616-nın və ya 41,6 faiz səsini toplamış Quluyeva Sevda Rüstəm qızı

16 saylı Qıvraq seçki dairəsi üzrə seçicilərin 3497-nin və ya 75,9 faiz səsini toplamış İbrahimov Anar Adil oğlu

17 saylı Çalxanqala seçki dairəsi üzrə seçicilərin 2675-nin və ya 62 faiz səsini toplamış Məmmədov Ehtimad Cəfər oğlu

18 saylı Nehrəm seçki dairəsi üzrə seçicilərin 3615-nin və ya 81,2 faiz səsini toplamış Niftəliyev Hüseyn Əsrafil oğlu

19 saylı Babək qəsəbə seçki dairəsi üzrə seçicilərin 3750-nin və ya 80,4 faiz səsini toplamış Məmmədov İsa Mustafa oğlu

20 saylı Yarımca seçki dairəsi üzrə seçicilərin 3733-nün və ya 74,8 faiz səsini toplamış Allahverdiyeva Həbibə Rəşad qızı

21 saylı Məzrə seçki dairəsi üzrə seçicilərin 3075-nin və ya 61,8 faiz səsini toplamış Həsənova Esmira Həsən qızı

22 saylı Şıxmahmud seçki dairəsi üzrə seçicilərin 3892-nin və ya 74,1 faiz səsini toplamış Məmmədli Turan Bəyməmməd qızı

23 saylı Cəhri seçki dairəsi üzrə seçicilərin 3225-nin və ya 67,8 faiz səsini toplamış Səfərli Hacıfəxrəddin Yəhya oğlu

24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8 faiz səsini toplamış Abbasov Vüqar Zakir oğlu

25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplamış Talıbov Seymur Vasif oğlu

26 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2829-nun və ya 76,3 faiz səsini toplamış Cəfərli Elman Yusif oğlu

27 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2265-nin və ya 63,8 faiz səsini toplamış Rzayeva Yazgül Həsənəli qızı

28 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2482-nin və ya 67,8 faiz səsini toplamış Cəlilzadə Aidə Məhəmməd qızı

29 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2834-nün və ya 71,7 faiz səsini toplamış Allahverdiyeva Aidə Məhərrəm qızı

30 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2586-nın və ya 64,2 faiz səsini toplamış Hacıyev Emin Davud oğlu

31 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3378-nin və ya 81,2 faiz səsini toplamış Məmmədov Nazim Məmməd oğlu

32 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2373-nün və ya 71,5 faiz səsini toplamış Bababəyli Nazim Səfərəli oğlu

33 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3348-nin və ya 81,7 faiz səsini toplamış Əzimov Behruz Nurəddin oğlu

34 saylı Şahbuz şəhər seçki dairəsi üzrə seçicilərin 2373-nün və ya 74,3 faiz səsini toplamış Məmmədov Rizvan Təmo oğlu

35 saylı Kolanı seçki dairəsi üzrə seçicilərin 2947-nin və ya 75,2 faiz səsini toplamış İsmayılov Cəbi Əziz oğlu

36 saylı Şahbuzkənd seçki dairəsi üzrə seçicilərin 2263-nün və ya 63,1 faiz səsini toplamış Bağırsoylu Hüseyn Qədirulla oğlu

37 saylı Culfa şəhər seçki dairəsi üzrə seçicilərin 3105-nin və ya 72,2 faiz səsini toplamış İbrahimov Qadir Abbas oğlu

38 saylı Yaycı seçki dairəsi üzrə seçicilərin 3102-nin və ya 73,8 faiz səsini toplamış Fərəcov Fərəc Rza oğlu

39 saylı Ərəzin seçki dairəsi üzrə seçicilərin 3296-nın və ya 75,8 faiz səsini toplamış Bağırov Zəbur David oğlu

40 saylı Saltaq seçki dairəsi üzrə seçicilərin 3251-nin və ya 82,3 faiz səsini toplamış Həşimli Hüseyn Məmməd oğlu

41 saylı Ordubad şəhər seçki dairəsi üzrə seçicilərin 2866-nın və ya 83,2 faiz səsini toplamış İsmayılov Ehtibar Şəhrud oğlu

42 saylı Ordubad şəhər seçki dairəsi üzrə seçicilərin 2463-nün və ya 67,4 faiz səsini toplamış Zeynalov Eldar Əhməd oğlu

43 saylı Yuxarı Əylis seçki dairəsi üzrə seçicilərin 2295-nin və ya 65,8 faiz səsini toplamış Cəfərli Əhəd Məmməd oğlu

44 saylı Vənənd seçki dairəsi üzrə seçicilərin 2644-nün və ya 68,3 faiz səsini toplamış Babayev Tofiq Süleyman oğlu

45 saylı Aza seçki dairəsi üzrə seçicilərin 2805-nin və ya 64,9 faiz səsini toplamış İbadov Telman Əsəd oğlu.