Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək
Oxunma sayı: 2379

Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sessiyası çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də imzalayıb.

Sözügedən qərarda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 2020-ci il fevral ayının 24-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi

4. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi