Naxçıvan Ali Məhkəməsinin hakiminin səlahiyyət müddəti uzadıldı

naxcivan-ali-mehkemesinin-hakiminin-selahiyyet-muddeti-uzadildi
Oxunma sayı: 2131

Milli Məclisin sədri Oqtay Əsədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında qərar imzalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən bu vəzifəyə 2018-ci il yanvarın 22-də səlahiyyət müddəti bitəcək Qabil Neymət oğlu Məmmədov təyin edilib.

Qərar 2018-ci il yanvarın 22-də qüvvəyə minir.

Qeyd edək ki, 46 yaşlı Q.Məmmədov 2010-cu ildə Ali Məhkəmədən vəzifəsini icra edir.