Naxçıvan Doğum Mərkəzinin baş həkimi işdən çıxarıldı

naxcivan-dogum-merkezinin-bas-hekimi-isden-cixarildi
Oxunma sayı: 3939

“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Kəmalə Qurbanova tutduğu vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Sözügedən vəzifənin müvəqqəti icrasının baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunduğu bildirilir.