Naxçıvan Futbol Federasiyasına yeni sədr təyin edildi

naxcivan-futbol-federasiyasina-yeni-sedr-teyin-edildi
Oxunma sayı: 3287

Zaur Axundov Naxçıvan Futbol Federasiyasının sədri seçilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı federasiyanın bu gün keçirilən hesabat-seçki yığıncağında qərar verilib.

Qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov 2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidenti, 2017-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. 

O, “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.