Naxçıvan-Gəncə aviareysi açılır

naxcivan-gence-aviareysi-acilir
Oxunma sayı: 2033

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Naxçıvandan Gəncəyə və geriyə reyslər açır.

AZAL-dan “Qafqazinfo”ya verilən məlumata görə, 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, 6 may tarixindən çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.