"Qafqazinfo"ya daxil olan məlumata görə, Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 3 gün davam edəcək səfərdə məktəblilər Gəncənin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, muzeyləri gəzəcəklər.
Onlar Gəncə şəhəri ilə tanışlığa Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksindən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsindən başlayıblar. Sonra Nizami Gəncəvi Muzeyində görkəmli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla , qədim əl -yazmaları , nəfis tərtibatla yenidən nəşr olunmuş əsərləri ilə tanış olublar. Onlar “Xəmsə”ni əks etdirən daş kitabələri maraqla seyr ediblər. Məktəblilər Cavad xan küçəsində təşkil olunmuş ümumşəhər Novruz şənliklərində iştirak ediblər. Burada məktəblilər şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər. Şəhər rəhbəri onları salamlayaraq bayram münasibətilə təbrik edib, təhsildə, bütün işlərində uğurlar arzulayıb.
Gəncə Dövlət Dram Teatrının və Kukla Teatrının aktyorlarının hazırladıqları tamaşalar, milli geyimli uşaq və gənclərin rəqsləri, bayram əhval-ruhiyyəli ritmik mahnılar, gənclərin hazırladıqları flashmob,tətbiqi sənət nümunələrindən və əl işlərindən ibarət sərgilər, kəndirbazın oyunları, nəhəng səmənilər, yumurtalar, kuklalar, Kosa və Keçəlin əyləncəli, şux zarafatları məktəblilərdə böyük maraq doğurub.
Son xəbərlər
Son Xəbərlər