Daim yenilənən, pasiyentlərin məmnuniyyətini və rahatlığını düşünən “Referans” filial şəbəkəsini daha da genişləndirib.
“Qafqazinfo” xəbər veir ki, “Referans” Naxçıvan əhalisindən gələn çoxsaylı istəkləri nəzərə alaraq Naxçıvan filialını pasiyentlərinin istifadəsinə verib.
“Referans Naxçıvan Tibb Mərkəzi” 7000-dən çox laborator müayinələr, peşəkar həkim qəbulları, Bakıdan dəvətli həkimlər, instrumental-diaqnostik müayinələr (USM, MRT, EXO-KQ, EKQ) ilə xidmətlər göstərməkdədir.
Açılışa özəl olaraq 13 iyulda “Referans”ın Bakıdan dəvətli peşəkar həkim heyəti: ümümi cərrah-qastroentroloq professor Op. Dr. Kənan Yusif-zaadə, uşaq ürək cərrahı professor Op. Dr. Elnur Həsənov, infeksionist-hepatoloq, tibb üzrə fəlsəfə doktoru Dr. Hicran Xıdırova, daxili xəstəliklər uzmanı Dr. Həbib Sahratov, cərrah mama-ginekoloq Op. Dr. Arzu Məmmədova, pediatr-infeksionist Dr. Aytən Ziyadova, kardioloq Dr. Səadət Məmmədova usm həkimi Dr. Nigar Həmidova, cərrah mammoloq-onkoloq tibb üzrə fəlsəfə doktoru Dr. Afət Cabbarova tərəfindən ödənişsiz həkim qəbulları həyata keçiriləcək.
Həkim qəbuluna öncədən yazılmağınız mütləqdir!
“Referans” öz növbəsində “Naxçıvan Tibb Mərkəzi”nin fəaliyyətə başlamasında göstərilən etimad və dəstəyə görə, başda Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli olmaqla, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilova, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Samiq Sadıxova və digər dövlət qurumlarına, eyni zamanda yerli əhaliyə təşəkkür edir!
Qeydiyyat üçün əlaqə nömrəsi: +994 60 600 00 33
Whatsapp: +994 70 653 00 33
Ətraflı məlumat: *0033
Ünvan: Naxçıvan şəh., 11-ci Məhəllə
https://www.instagram.com/referans_naxcivan_tibb_merkezi/
https://www.facebook.com/profile.php?id=100089497752380
Son xəbərlər
Son Xəbərlər