Naxçıvan Səhiyyə Nazirliyinin maliyyə şöbəsinin müdiri Asəf Musayev vəzifəsindən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.
Qeyd edək ki, Asəf Musayevin COVID-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsində, tibbi sığortadan tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsində və tibb işçiləri ilə kobud rəftarda adının hallandığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər