Naxçıvan və Məşhəd arasında sərnişin qatarı açılır

naxcivan-ve-meshed-arasinda-sernisin-qatari-acilir
Oxunma sayı: 2514

Naxçıvan və Məşhəd arasında sərnişin qatarı həftədə iki dəfə hərəkət edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə İranın Naxçıvan Muxtar Respublikasında baş konsulu Mənsur Ayrım deyib.

Onun sözlərinə görə, martın 3-də Naxçıvan Muxtar Respublikasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha arasında görüş keçirilib.

Görüş zamanı Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məsələsi müzakirə olunub.