Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib

naxcivana-yeni-iqtisadiyyat-naziri-teyin-edilib
Oxunma sayı: 3167

Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib. 

"Qafqazinfo" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Tapdıq Əliyev bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.