Naxçıvanda 2020-ci il “İxrac ili” elan edildi

naxcivanda-2020-ci-il-ixrac-ili-elan-edildi
Oxunma sayı: 1169

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo"nun xəbərinə görə, sərəncama əsasən,  2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsinə dair tədbirlər planı”nı hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməlidir.