Naxçıvanda 31°-dək isti olub - Faktiki hava

naxcivanda-31-dek-isti-olub
Oxunma sayı: 1280

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 18-i axşam saatlarından bəzi yerlərdə yağan yağış 19-u gecə saatlarından tədricən kəsilib.

Düşən yağıntının miqdarı: Qax, Şahdağ, Ordubad, Gədəbəy, Naftalan, Balakən, Oğuz, Şəki, Tovuz, Daşkəsən, Gəncə, Şəmkir, Tərtər, Zərdab, İsmayıllı, Mingəçevir, Yardımlı, Astarada 3.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 0.0 mm olub.

Həmçinin oxuyun: Какие банки могут оказаться в опасности? - Таблица

Duman: Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Biləsuvar, Lerikdə müşahidə olunub.

Havanın temperaturu: Mayın 18-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-26° isti, Naxçıvanda 31°-dək isti, dağlıq rayonlarda 9-15° isti, aran rayonlarında 22-26° isti olub.