“Naxçıvanda ABŞ-la eyni sistem yaradıblar”

naxcivanda-abs-la-eyni-sistem-yaradiblar
Oxunma sayı: 2585

“Türkiyə ilə gediş-gəliş və iş məsələsi var. Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var”.

“Qafqazinfo”nun məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin müzakirəsi zamanı deyib. 

O bildirib ki, 3 ay ərzində onların gedib-qayıtması ancaq qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır: “Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır. Biz Azad İqtisadi Zonalar yaradırıq. Balaca bölgəni biz bu cür edə bilmərik?! Əlbəttə, edə bilərik. Pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. Naxçıvanda ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş –gəliş açılmır, ancaq qatarlar, metrolar, iri ticarət mərkəzləri açılır. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş vacib və əhəmiyyətli məsələləri əhatə edir. Belə ki, bu sənəd Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur.