“Naxçıvanda bir sıra problemlər var”

naxcivanda-bir-sira-problemler-var
Oxunma sayı: 3043

“İşğaldan azad edilmiş ərazilər, oradakı məntəqələrin bütün tələblərə uyğun təchiz olunması və Naxçıvanı diqqətdə saxlamalıyıq. Məndə olan məlumata görə, Naxçıvanda bir sıra problemlər var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. 

MSK sədri bildirib ki, lazım olsa, Naxçıvana nümayəndə heyəti göndərilər: “Yerində məntəqələrdə nə lazımdır, sənədləşdirərik. Azad edilmiş ərazilər və Naxçıvan bizim hər zaman diqqət mərkəzimizdədir. Naxçıvanın yeni rəhbərliyi də bizimlə bu baxımdan əməkdaşlıq edir”.

Gülnar Əliyeva