Naxçıvanda da dərslər təxirə salındı

naxcivanda-da-dersler-texire-salindi
Oxunma sayı: 1842

Mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesi  dayandırılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Naxçıvan MR Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Təhsil müəssisələrində tədris martın 27-dən yenidən bərpa olunacaq.