Naxçıvanda daha bir təyinat

naxcivanda-daha-bir-teyinat
Oxunma sayı: 7393

Naxçıvan Muxtar Respublikası prokuroruna yeni müavin təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

İnformasiya Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Qeyd edək ki, bu vəzifəni daha əvvəl Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov tuturdu.

Nizam Rza