Naxçıvanda evi su basdı - Video

naxcivanda-evi-su-basdi
Oxunma sayı: 1393

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin zirsəmisinə yağış yağması nəticəsində su dolması barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə müvafiq qüvvələr cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.