Naxçıvanda itkin düşən hərbçilərin kimliyi bilindi - Yenilənib

naxcivanda-itkin-dusen-herbcilerin-kimliyi-bilindi
Oxunma sayı: 11674

Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olan itkin düşən hərbçilərin kimliyi bəlli olub.

“Qafqazinfo”nun Gununsesi.info-ya istinadən xəbərinə görə, bu şəxslər Axundov Hüseyn Əhliman oğlu və Bəbirov Aqşin Qabil oğludur.

Hərbçilərin ailə üzvləri Meydan TV-yə bildiriblər ki, onlar aprelin 5-də itkin düşüblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin açıqlamasında hərbçilərimizin Şahbuz rayonu istiqamətində yoxa çıxdığı deyilir.

***

Müsavat xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 10-u saat 01:00-dan 02:00-dək olan müddətdə Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun aşkar edilərək saxlanıldığı barədə məlumat yayıb.