Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
Oxunma sayı: 2132

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib. Müəyyən edilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi