Naxçıvanda müəllimlərin maaşının 2 dəfə artırılması xəbərinə - Rəsmi reaksiya

Naxçıvanda müəllimlərin maaşının 2 dəfə artırılması xəbərinə
Oxunma sayı: 3480

Sosial şəbəkələrdə Naxçıvanda müəllimlərin aylıq vəzifə maaşlarının 2 dəfə qaldırılması ilə bağlı məlumat yayılıb. Bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun sərəncam imzaladığı bildirilir. 

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Naxçıvan MR Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən məlumatın həqiqətə uyğun olmadığı bildirilib: 

“Bu məlumat yalandır. Köhnə sərəncamı tarixini göstərmədən paylaşıb camaatı təşvişə salırlar. Bu bir neçə il əvvəlin sərəncamıdır, hazırda belə bir artım yoxdur”.  

Gülnar Əliyeva