Naxçıvanda qəza, sürücünün atası öldü

naxcivanda-qeza-surucunun-atasi-oldu
Oxunma sayı: 1368

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza iyulun 12-də saat 08 radələrində Kəngərli rayonunun Xok kəndində qeydə alınıb.

Şərur rayon sakini Daşqın Heydərov idarə etdiyi “VAZ-21723” markalı avtomobili qarşıda gedən Kəngərli rayon sakini Saleh İsayevin idarə etdiyi “MTZ-80” markalı traktora vurub.

Xəstəxanaya yerləşdiril D.Heydərovun sərnişini, atası Şahgəldi Heydərov iyulun 13-də orada ölüb.

Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd