Naxçıvanda QHT Resurs mərkəzinə hücum

naxcivanda-qht-resurs-merkezine-hucum
Oxunma sayı: 1020


Hücum edən şəxslər Mərkəzin əməkdaşı İlqar Nəsibovu qəddarcasına döymüş və ofisi dağıdıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə Turana Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova bildirib.

«İlqar çoxlu qan itirib və Huşsuz vəziyyətdədir, ona çoxsaylı xəsarətlər yetirilib», - deyə Məlahət Nəsibova telefonla bildirib.

Hücumun səbəbi bəlli deyil. Amma böyük ehtimalla söyləmək olar ki, bu hadisə Azərbaycanda son dövr vətəndaş cəmiyyətinə başlanılan repressiv kampaniyanın tərkib hissəsidir.

Qeyd edək ki, Resurs mərkəzi Naxçıvanda yeganə  müstəqil QHT-dir və çoxdan bəri yerli hakimiyyət tərəfindən təqib obyektinə çevrilib.

Məlahət və  İlqar Nəsibovalara dəfələrlə hədələrə və fiziki təzyiqlərə məruz qalıblar. Və heç vaxt onlara qarşı cinayətlər araşdırılmayıb.

Ötən həftə naməlum şəxslər onların Naxçıvandakı mənzillərinə soxulmaq istyəiblər.