Bu barədə “Qafqazinfo”ya yerli radio dinləyiciləri məlumat verib. Məlumatda bildirilir ki, Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsi yerli radiolarda xarici musiqilərin səsləndirilməsinə qadağa qoyub. Gün ərzində radiolarda yalnız Azərbaycan musiqiləri səsləndirilə bilər. Radiolarda həmçinin yerli rep, rok janrlı musiqilərin və türk mahnılarının da səsləndirilməsi qadağandır.