Naxçıvanda saxta pul alverçisi saxlanıldı

naxcivanda-saxta-pul-alvercisi-saxlanildi
Oxunma sayı: 1747

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.

Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.