Naxçıvanda ticarət mərkəzindən qızıl oğurlayan qadın saxlanıldı

naxcivanda-ticaret-merkezinden-qizil-ogurlayan-qadin-saxlanildi
Oxunma sayı: 2719

Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo” ya verilən xəbərə görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.