Naxçıvanda zəlzələ oldu

naxcivanda-zelzele-oldu
Oxunma sayı: 1489

Naxçıvan Muxtar Respublikasında 3,4 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya verilən xəbərə görə, zəlzələ mayın 22-si, saat 06.32-də Naxçıvan şəhərində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3,4, dərinliyi 7 km olub.

Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.