Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

naxcivandaki-movqelerimiz-atese-tutuldu
Oxunma sayı: 3776

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.