Naxçıvandakı qəzada biri azyaşlı olmaqla 3 nəfər öldü

naxcivandaki-qezada-biri-azyasli-olmaqla-3-nefer-oldu
Oxunma sayı: 2086

Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 20-də saat 12 radələrində qeydə alınıb. 

Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. 

Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.