Naxçıvanlı futbolçular “Real Madrid”də

naxcivanli-futbolcular-real-madridde
Oxunma sayı: 1383


Bu çərçivədə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin təşkil etdiyi təlim Şərur rayonunda keçirilib.

“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, həyata keçirilən layihə artıq öz bəhrəsini verib. Bir aydır fəaliyyət göstərən məktəb artıq tərəf-müqabili olan “Real Madrid” futbol klubu ilə əməkdaşlığa başlayıb.

Uşaq futbolunun inkişafına böyük önəm verən Naxçıvanın iki futbolçusu İspaniyaya yollanıb. 13 yaşlı Yasin Əliyev və Cəbrayıl Yusifov artıq Madriddədirlər və onlar ispan klubunun 13 yaşlılardan ibarət qruplarında məşqlərə başlayıblar. Hər iki futbolçunun bir il İspaniyada qalacağı və orada futbolun sirlərini öyrənəcəyi gözlənilir.