“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin və ali hərbi məktəblərin nümayəndələri, liseyin rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara mərasimdə attestat, döş nişanları və məzun albomları təqdim olunub, yaş kötüyünə buraxılışın rəmzi xatirə lövhəsi vurulub, liseyin döyüş bayrağının təhvil-təslimi və “Naxçıvanskilər” marşı ifa olunub.
Kursantlar təntənəli marşla keçdikdən sonra hərbi liseyin döyüş bayrağı aparılıb və son zəng çalınıb.
Son xəbərlər
Son Xəbərlər