“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə Önəlin bacısı Pınar Güvenel ilə evli olan Akşit sənətçi ilə sadəcə sənəd üzərində evli olduqlarını bildirib:
“Pınar Güvenellə evli olduğumuz vaxt bir musiqiçi ilə 7 illik münasibəti olduğunu öyrəndim və boşandıq. Boşandıqdan 11 il sonra Nazan Öncellə uşaqlarımızı da düşünərək ortaq qazancımızı birləşdirmək istədik və yalnız kağız üzərində qalan bir nikah etdik. O gündən sonra mən də, Nazan da bir-birimizdən ayrı olaraq həyatlarımızı yaşadıq. Nazanın meneceri olduğum üçün tez-tez görüşürük. Bu müddətdə Nazanın şəxsi həyatında başqa insanlar da oldu. Amma o, yalnız işiylə gündəmə gəlmək istədiyindən bunu dilə gətirmədi”.
Könül
Son xəbərlər
Son Xəbərlər