Nazarbayev Azərbaycana gəlib - Foto

nazarbayev-azerbaycana-gelib
Oxunma sayı: 820

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
 

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nursultan Nazarbayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.