Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin payızında Azərbaycana səfər edəcəyi planlaşdırılır.
“Qafqazinfo”nun Anspress-ə istinadən məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Astanada Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov ilə görüşüb.
Görüşdə “EXPO-2017” beynəlxalq ixtisaslaşmış sərgisinə hazırlıq, Azərbaycanın bu sərgidə iştirakı müzakirə olunub.
Görüş zamanı həmçinin tərəflər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin payızında Azərbaycana planlaşdırılan səfərinə hazırlıq məsələsinə toxunublar.
Son xəbərlər
Son Xəbərlər