Nazarbayev də prezidentə zəng vurdu

nazarbayev-de-prezidente-zeng-vurdu
Oxunma sayı: 2846

Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Qafqazinfo" AzərTAc-a istinadən xəbər verir ki, telefon söhbəti zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edilib, münaqişənin beynəlxalq hüququn normaları əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.