Nazarbayev İlham Əliyevi təbrik etdi

nazarbayev-ilham-eliyevi-tebrik-etdi
Oxunma sayı: 1231

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün hamı üçün aydındır ki, Sizin ölkəniz qarşıya yeni inkişaf zirvələrini fəth etmək məqsədini qoyaraq, xalqın rifahının yüksəldilməsində və dövlətin təhlükəsizliyinin möhkəmlənməsində sanballı nəticələr əldə edib.

Bildiyiniz kimi, mən həmişə Sizin dost xalqlarımız arasında müstəsna münasibətlərin gələcək inkişafına böyük töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, aramızda yaranmış dostluq və hörmət gələcəkdə də davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və rifah diləyirəm”.