Nazarbayev Putinlə Zelenskini Qazaxıstanda görüşə dəvət etdi

nazarbayev-putinle-zelenskini-qazaxistanda-goruse-devet-etdi
Oxunma sayı: 920

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Rusiya və Ukrayna liderlərinə Nur-Sultanda görüşməyi təklif edib.

“Qafqazinfo” xəbər verir ki, Nazarbayevin sözlərinə görə, Vladimir Putinlə Vladimir Zelenski belə şəraitdə Donbasdakı münaqişənin həlli ilə bağlı razılığa gələ biləcəklər.

“İndi cənab Zelenski ilə görüşdüm, onu dinlədim. Dünən Vladimir Putinlə bu problemi daha da necə həll etmək barədə danışdım. İnanıram ki, Rusiya və Ukrayna Prezidentləri arasında ayrıca fərdi görüş lazımdır”, -deyə Nazarbayev Nur-Sultanda keçirilən “Astana klub” siyasi forumunda çıxışı zamanı bildirib. 

Nazarbayev qeyd edib ki, münaqişəni “Normand formatında” müzakirə etmək, eləcə də ABŞ-ı müzakirəyə cəlb etmək üçün təkliflər var: “Lakin problem hər kəs arasında deyil, yalnız iki dövlət arasında həll olunur”.

N. Nazarbayev qeyd edib ki, Zelenski təkbətək görüşə razı olduğunu açıqlayıb. Putin isə hələ qəti fikir söyləməyib.

Keçmiş Prezidentin sözlərinə görə, indi münaqişənin həllində irəliləməyin doğru vaxtıdır.

“Zelenski xalq tərəfindən çox böyük dəstək aldı. O, iradəsini göstərə və bu məsələni həll edə bilər. Burada əsas sual odur ki, münaqişə bitəndən və bütün silahlı qruplar çəkiləndən sonra Şərqi Ukraynanın rəhbərlərini necə seçmək olar?”.

Nazarbayev hesab edir ki, rəsmi Moskvada münaqişənin həllini istəyir: “Yavaşlatmaq və Putinin istəmədiyini düşünmək lazım deyil. O, sülhün yaranmasını istəyir. Biz hamımız yaxşı başa düşürük ki, Rusiya ərazilərində tamamilə başqa şeylər olmalıdır”.