Nazarbayev və Tokayev səs verdilər

nazarbayev-ve-tokayev-ses-verdiler
Oxunma sayı: 2297

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səs veriblər.

“Qafqazinfo” xəbər verir ki, Nazarbayevin mətbuat katibi Aidos Ukibay Tviterdə eks-prezidentin seçki qutusunun yanında çəkilmiş şəklini paylaşıb.

“Nursultan Nazarbayev ümumxalq referendumunda Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsinə səs verib”, - o yazıb.

Tokayev öz seçimini Nur-Sultan şəhərində, yeni Məktəblilər Sarayında yerləşən 59 saylı seçki məntəqəsində edib.