Nazarbayevdən prezident seçildiyinə görə üzr- - "Heç nə edə bilmərəm"

nazarbayevden-prezident-secildiyine-gore-uzr-
Oxunma sayı: 2888


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, 75 yaşlı prezident bu münasibətlə ironik tərzdə hər kəsdən üzr istəyib:

“Biz açıq cəmiyyətlərdə yaşayırıq, tənqid mütləqdir. İndicə bir çox ölkələrdən olan konqresmenlər, deputatlar və müşahidəçilərlə görüşmüşəm. Onlar da müsbət cəhətləri sadalayırdılar. Dedim ki, super demokratik dövlətlər üçün qəbuledilməz sayılan göstəricilərə görə - seçkidə 95 faiz seçicinin iştirakı və verilən səslərin 97 faizinin mənim tərəfimdən toplanmasına görə üzr istədim. Mən heç nə edə bilmərəm. Əgər qarışsaydım, onda qeyri-demokratik biri sayılardım”.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası Nursultan Nazarbayevin aprelin 26-da keçirilən seçkilərdə 97,7 faiz səs topladığını elan edib.