“Qafqazinfo” The Telegraph-a istinadən xəbər verir ki, Avstriya prokurorluğu mərhumun mədəsindən xeyli sayda “barbiturates” preparatı aşkarlayıb. Bu preparat(depressiya, yuxusuzluq zamanı istifadə olunur) ölkə ərazisində istifadə qadağan olunub. Cinayətin müəmmalı tərəfi ondan ibarətdir ki, güclü effektə malik “barbiturates”in həbsxanada Rahat Əliyevin əlinə necə keçməsidir.
Prokurorluqdan verilən məlumata görə, sözügedən preparatların mərhuma həkimlər tərəfindən verildiyi güman edilir. İstintaq davam edir. Ekspertizanın nəticələri barədə daha ətraflı məlumat veriləcəyi qeyd olunub.
Qeyd edək ki, Rahat Əliyev Avstriyadakı Vyana həbsxanasında ölü tapılmışdı, intihar etdiyi açıqlanmışdı.
Xatırladaq ki, əvvəl Rahat Əliyev Qazaxıstanın Avstriyadakı səfiri olmuş, 2007-ci ildə ona qarşı iki bankirin öldürülməsi ilə bağlı məhkəmə işi açılmışdı. 2013-ci ilin iyun ayında Avstriya polisinə təslim olmuşdu. Qazaxıstan məhkəməsi Rahat Əliyevi 40 illik həbs etmiş, 2008-ci ildə onu hakimiyyət çevrilişinə cəhddə ittiham etmişdi.
Son xəbərlər
Son Xəbərlər