Nazarbayevin nəvəsi polisi dişlədi

nazarbayevin-nevesi-polisi-disledi
Oxunma sayı: 2200

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyada polisi dişləyib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Aysultan özünü öldürmək istəyərkən polis əməkdaşı Ross Sembruk  onu dayandırmaq istəyib. Bu zaman Aysultan onu dişləyib və ciddi xəsarət yetirib. Nazarbayevə qarşı “xəsarət yetirmə” maddəsi üzrə cinayət işi açılıb.

O, Sautuark London kral məhkəməsində hakim qarşısına çıxacaq.