Nazarbayevin öldüyünü iddia edən Jirinovskidən yeni - Açıqlama

Nazarbayevin öldüyünü iddia edən Jirinovskidən yeni
Oxunma sayı: 7770

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin öldüyünü iddia edən LDPR lideri Vladimir Jirinovski Elbasının etirazlardan sonra ilk dəfə görünməsinə münasibət bildirib.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, Jirinovski bildirib: 

“Biz şadıq ki, Nursultan Abişeviç sağdır və ümid edirik ki, sağlamdır. Amma o, Qazaxıstandakı aktiv hadisələrdən 10 gün sonra müraciət edib. Niyə tez müraciət etmədi? Axı o, çox nüfuzlu şəxsdir, hakim Nur Otan partiyasının lideridir, onun üzvlərindən küçəyə çıxıb asayişi bərpa etməyi xahiş edə bilərdi. Amma yanvarın 2-dən o, gözləyir. Nəyi gözləyirdi? Aydın bir mənzərə yaranması üçün? Qalibin yanında olmaq üçün?”. Onun sözlərinə görə, Nazarbayev iğtişaşlar zamanı kənarda durmaq və onlar bitdikdən sonra qalibə qoşulmaq istəyib.

Xatırladaq ki, Jirinovski yanvarın 15-də çıxışında Nazarbayevin “çoxdan öldüyünü” bildirmişdi. 

Həmçinin oxuyun: Nazarbayev günlər sonra göründü, xalqa müraciət etdi - Video