Nazarbayevin partiyası parlament seçkilərinin qalibi oldu

nazarbayevin-partiyasi-parlament-seckilerinin-qalibi-oldu
Oxunma sayı: 939

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin başçılıq etdiyi hakim “Nur Otan” Partiyası ölkədə keçirilən parlament seçkilərində 71,09% səslə qalib gəlib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov bildirib.

“Səslər aşağıdakı kimidir: “Nur Otan” Partiyası – 5 milyon 148 min 74 səs və ya 71,09%.

“Ak jol” (10,95%) və Qazaxıstanın Xalq Partiyası (9,10%) da Məclisə keçirilən seçkilərin nəticələrinə əsasən parlamentə keçirlər.

Beləliklə, 7 %-lik keçid baryerini üç siyasi partiya aşıb: Qazaxıstanın Xalq Partiyası, “Nur Otan” Partiyası, Qazaxıstanın “Ak jol” Demokratik Partiyası”, - deyə Petrov qeyd edib.

“Nur Otan” parlamentin yeni tərkibində 76 mandat, digər iki partiya – 12  və 10 yer alacaq.