Nazarbayevin partiyası qalib gəldi - ATƏT narazıdır

nazarbayevin-partiyasi-qalib-geldi
Oxunma sayı: 1249

Qazaxıstan Mərkəzi Seçki Komissiyası parlamentə keçirilən seçkilərin ilkin nəticəsini açıqlayıb.

“Qafqazinfo” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, parlamentə üç partiya keçə bilib. “Nur Otan”, Kommunist Xalq Partiyası və “Ak yol” partiyaları səslərin 7 faizindən çoxunu toplaya biliblər. Digər partiyalar isə 7 faizlik baryeri aşa bilməyiblər.

Ən çox səsi isə prezidentin partiyası olan “Nur Otan” -82,15%- toplaya bilib.

ATƏT isə hesab edir ki, ictimai toplaşmaya qoyulan qadağa və müxalif partiyaların hazirki hökumət əleyhinə çıxışına yaradılan maneələr Qazaxıstan seçicisini real siyasi seçkidən məhrum edib.