Qazaxıstanın Almatı şəhərində ölkənin hakim “Nur Otan” partiyasının filiallarından birinin binasında yanğın baş verib.
“Qafqazinfo” “Zakon.kz” nəşrinə istinadən xəbər verir ki, aksiya iştirakçıları, həmçinin şəhərin mərkəzində maşınları da yandırırlar.
Analoji hadisə prokurorluğun binasında da qeydə alınıb:
Qeyd edək ki, “Nur Otan” Qazaxıstanın ən böyük partiyasıdır. Partiyanın əsası 1999-cu ildə Nursultan Nazarbayev tərəfindən qoyulub. Nazarbayev 2021-ci il noyabrın 23-ü partiya sədrliyini ölkə Prezidenti Kasım-Jomart Tokayevə verib.
Son xəbərlər
Son Xəbərlər