Nazarbayevin qızı prezident olmaq istəyir?

nazarbayevin-qizi-prezident-olmaq-isteyir
Oxunma sayı: 1755

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı, senatın spikeri Dariqa Nazarbayevanın 9 iyunda keçiriləcək prezident seçkilərində iştirak edəcəyinə dair xəbər yayılıb.

“Qafqazinfo”nun “Tengrinews.kz” portalına istinadən verdiyi xəbərə görə, keçmiş prezidentin qızının köməkçisi Saul Mustafayev məlumatı təkzib edib.

“Dariqa Nursultanova seçkilərdə mübarizə aparmayacaq”, - deyə o, bildirib.