Nazarov Almaniyada yenə qol vurdu - Video

Nazarov Almaniyada yenə qol vurdu
Oxunma sayı: 1299

Almaniya II Bundesliqasında 14-cü tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” evdə “Sankt Pauli”ni 3:1 hesabı ilə məğlub edib.

Nazarov start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Milliləşdirilmiş futbolçu matçın 24-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə komandasının 2-ci qolunu vurmağa nail olub. 29 yaşlı futbolçu bu mövsüm 6-cı qolunu vurub.

Qeyd edək ki, "Aue" 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi